BANM-in Prezident təqaüdçüsü danışır: “Uşaqlıqdan kosmonavt olmaq istəmişəm” - MÜSAHİBƏ

BANM-in Prezident təqaüdçüsü danışır: “Uşaqlıqdan kosmonavt olmaq istəmişəm” - MÜSAHİBƏ "Gələcəkdə istedadlı mütəxəssis olacağımı düşünürəm"
Elm və təhsil
16 Dekabr , 2016 12:23
BANM-in Prezident təqaüdçüsü danışır: “Uşaqlıqdan kosmonavt olmaq istəmişəm” - MÜSAHİBƏ

Bakı 16 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsi “BANM-in prezident təqaüdçülərinə 10 sual” adlı layihə həyata keçirir. Layihənin budəfəki qoynağı BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının I kurs tələbəsi Əşrəf Abbasovdur. "Report" həmin müsahibəni təqdim edir.

- Zəhmət olmasa özünüz haqqında ətraflı məlumat verin...

- Abbasov Əşrəf Namiq oğlu 1999-cu il aprelin 26-da Bakıda anadan olmuşam. 2005-ci ildə 98 saylı məktəbin I sinfinə getmişəm. 2016-cı ildə həmin məktəbi əlaçı olaraq bitirmişəm. Bildiyiniz kimi, bu il BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olmuşam. Prezident təqaüdçüsüyəm.

İmtahan geridə qaldı, indi həmin dövrlə bağlı hansı təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz?

Əziyyətli idi, amma bu dövrü keçməyə dəyərdi. Hər bir abiturient kimi məndə də imtahan həyəcanı var idi. Hər şey yaxşı qurtardı.

- Nə qədər bal topladınız?

- 685 bal toplamışam.

- Niyə məhz BANM-i seçdiniz?

- BANM-i seçməyim təsadüfi olmadı. Çünki Ali Məktəbimizin Azərbaycanın ən qabaqcıl, ən yaxşı ali təhsil müəssisələrindən biri olduğunu düşünürəm.

- Ailənizin oxumağınızdakı rolu haqqında nə demək istərdiniz?

Əlbəttə, valideyinlərimin, xüsusilə də anamın böyük rolu var. Uşaqlara təhsil almanın vacibliyini aşılamaq lazımdır. Məncə, anam da bunu çox yaxşı bacarıb.

- Ən böyük arzunuz?

- Uşaqlıqdan kosmonavt olmaq istəmişəm. Absurd səslənsə də, hələ də ən böyük arzum nə vaxtsa kosmonavt olmaqdır.

- İxtisasınız haqqında nə demək istərdiniz?

- Gələcəkdə istedadlı mütəxəssis olacağımı düşünürəm. Çünki təhsil aldığım ixtisas çox lazımlı və gələcək üçün tələb olunan sahədir.

- Hobbiniz nədir?

- Stolüstü tenis oynamağı sevirəm, bunu özüm üçün hobbi hesab edirəm.

- Başqa hansı maraqlarınız var?

- Skeyt sürmək, kubik-rubik yığmaq, oriqami.

- Hansı janrda kitabları oxuyursunuz?

Əsasən, dram janrında olan kitabları sevirəm. Komikslərlə də maraqlanıram.

Son xəbərlər

Orphus sistemi