BANM-də “İnformasiya təhlükəsizliyi” üzrə mütəxəssislər hazırlanacaq

BANM-də “İnformasiya təhlükəsizliyi” üzrə mütəxəssislər hazırlanacaq Bakı. 15 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə mütəxəssis hazırlanacaq. 
Elm və təhsil
15 Fevral , 2018 11:30
BANM-də “İnformasiya təhlükəsizliyi” üzrə mütəxəssislər hazırlanacaq

Bakı. 15 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə mütəxəssis hazırlanacaq. 

Ali Məktəbdən "Report"a verilən məlumata görə, artıq bununla bağlı müəyyən təşkilati-inzibati işlərin icrasına başlanılıb.

Bildirilib ki, hazırda bakalavr pilləsi üzrə “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə yüksək potensiallı kadr hazırlığını həyata keçirən Ali Məktəbdə “İnformasiya təhlükəsizliyi” ixtisasının tədrisi əmək bazarında bu sahənin mütəxəssislərinə olan ehtiyacı böyük ölçüdə qarşılayacaq. 

Qeyd edək ki, dünyanın tanınmış universitetlərinin zəngin təcrübəsinə əsaslanaraq tədris proqramında ən son texnoloji nailiyyətləri tətbiq edən BANM-da bütün ixtisaslar üzrə mütəxəssis hazırlığı ingilis dilində aparılır, tədris yüksək ixtisaslı yerli və əcnəbi professor-müəllim heyəti tərəfindən həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi