Balıkəsirli kitabxanaçı Azərbaycan haqqında böyük kitab kolleksiyası hazırlayıb

Balıkəsirli kitabxanaçı Azərbaycan haqqında böyük kitab kolleksiyası hazırlayıb Balıkəsirli kitabxanaçı Ahmet Kotun şəxsi kolleksiyasına Azərbaycan haqqında xeyli kitab daxildir.
Elm və təhsil
25 Avqust , 2022 16:46
Balıkəsirli kitabxanaçı Azərbaycan haqqında böyük kitab kolleksiyası hazırlayıb

Balıkəsirli kitabxanaçı Ahmet Kotun şəxsi kolleksiyasına Azərbaycan haqqında xeyli kitab daxildir.

Kitabxanaçı “Report”a bildirib ki, bu kitabların arasında Azərbaycan xalçaçılığı haqqında ayrıca bölmə var.

"Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında çoxlu kitablarım var. Dəfələrlə Azərbaycanda səfərdə olmuşam. Qarabağ haqqında kitablar mənim üçün çox dəyərlidir. Bir vaxtlar bu torpaq yaramız idi, indi isə bu yara sağalmağa başlayır”, - kitabxanaçı bildirib.

Ahmet Kotun 50 ilə ərsəyə gətirdiyi kolleksiyaya 100 318 kitab daxildir. Kolleksiya təxminən 400 bölmədən ibarətdir. Bu sırada Ahmet Kot “1001 gecə” bölməsini xüsusilə fərqləndirib. Belə ki, bu bölməyə məşhur nağılların dünyanın müxtəlif dillərinə tərcümə edilmiş nüsxələri daxildir.

Son xəbərlər

Orphus sistemi