Bakıda Azərbaycan Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “IT-Academy”nin rəsmi açılış mərasimi keçiriləcək.
“Report” xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyinin,Elm və Təhsil Nazirliyinin rəsmi nümayəndələri, “Alqoritmika” Beynəlxalq Proqramlaşdırma və Riyaziyyat Məktəbinin Baş direktoru, həmçinin “IT-Academy”nin tərəfdaşı olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri çıxış edəcəklər.
Tədbirin ikinci hissəsində aparıcı İT mütəxəssislərinin təqdimatları olacaq. Onlar İT sahəsində bilik və təcrübələrini bölüşəcək və “Sıfırdan karyera: yeni başlayanlar üçün İT sahəsinə necə daxil olmaq olar” və “Azərbaycanda İT-nin inkişaf perspektivləri” mövzularında müzakirələr aparacaqlar.
Tədbirdə həmçinin “IT-Academy” kurslarının təqdimatı keçiriləcək, tədbir iştirakçılarına bu mövzu ilə bağlı ətraflı məlumat veriləcək.