Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda Frankofoniya həftəsi çərçivəsində fransız dili müəllimlərinin "Akademik palma budağı" ilə mükafatlandırma mərasimi keçirilib.
"Report" xəbər verir ki, tədbir Fransanın Azərbaycandakı səfirliyində keçirilib.
Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe bu mükafatın fransız dilini və mədəniyyətini öz ölkələrində təbliğ edən şəxslərə verildiyini qeyd edib.
Bundan sonra mükafatlandırma mərasimi keçirilib. "Akademik palma budağı" mükafatına Sorbonna Universitetinin fəxri professoru, Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə və hüquq İnstitutunun beynəlxalq münasibətlər üzrə direktoru Zöhrə Əliyeva, Azərbaycan Dillər Universitetinin fransız dili kafedrasının müəllimi Alik Hənifəyev, Bakı Dövlət Universitetinin fransız dili müəllimi Elmira Fərəcullayeva, Qazax rayonunda məktəb direktoru Söylü Xəlilova layiq görülüb.