Paytaxtda güclü külək nəticəsində daha bir orta məktəbin dam örtüyü uçub

Paytaxtda güclü külək nəticəsində daha bir orta məktəbin dam örtüyü uçub Paytaxtda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub
Elm və təhsil
7 Mart , 2021 13:51
Paytaxtda güclü külək nəticəsində daha bir orta məktəbin dam örtüyü uçub

Bakıda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilir ki, digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.
Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi