Bakıda daha bir universitet müəllimi koronavirusdan vəfat etdi

Bakıda daha bir universitet müəllimi koronavirusdan vəfat etdi Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova koronavirusdan vəfat edib.
Elm və təhsil
3851
7 İyul , 2020 06:19
Bakıda daha bir universitet müəllimi koronavirusdan vəfat etdi

Bakı Slavyan Universitetinin (BSU) rus dili kafedrasının müdiri, dosent Könül Qasımova koronavirusdan vəfat edib.

“Report” xəbər verir ki, bu barədə universitetin prorektoru Xanım Sultanova bildirib.

“Koronavirus BSU-dan da yan keçmədi. BSU-nun rus dili kafedrasının müdiri dosent Könül Qasımovanı itirdik. Hamı şok içində. Hamı kədər içində. Mən ilk dəfə rektorumu belə dərd içində, "necə bir gəlini itirdik", - deyə için-için ağlayan gördüm. Çox ağır dərddir. Bütün BSU əhlinə başsağlığı verirəm. Allah sənə rəhmət eləsin, Könül! Tanrı dünyamızı qorusun! Sözün bitdiyi yer! Heç özümə yer tapa bilmirəm!”, - deyə prorektor bildirib.