Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb Paytaxtdakı 245 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Elm və təhsil
10143
19 Oktyabr , 2021 10:19
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb
0 : 00
0 : 00

Bakının 245 nömrəli tam orta məktəbinin fəaliyyəti koronavirusa yoluxma halının qeydə alınması ilə əlaqədar distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, həmin məktəbin 12 müəllim və 5 şagirdinin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bildirilib ki, COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb: "Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub".

Qeyd edək ki, koronavirusa yoluxma hallarının qeydə alınmasına görə Bakının 20 nömrəli məktəb-liseyi, "Ankara məktəbi" məktəb-liseyi bağlanıb. Bu təhsil müəssisələrində tədris 14 gün müddətinə distant formada davam etdiriləcək. 

Son xəbərlər

Orphus sistemi