Bakıda 20 məktəbin İnkişaf Planı hazırlanıb

Bakıda 20 məktəbin İnkişaf Planı hazırlanıb Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi tərəfindən 2021-2022-ci tədris ilində 20 məktəbin İnkişaf Planı hazırlanıb. İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə TDM-in metodistləri məktəblərdəki rea
Elm və təhsil
8 İyun , 2022 12:09
Bakıda 20 məktəbin İnkişaf Planı hazırlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi 2021-2022-ci tədris ilində 20 məktəbin İnkişaf Planını hazırlayıb.

Bu barədə "Report"a İdarədən məlumat verilib.

İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib. Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər.

Qeyd edək ki, inkişaf planlarının hazırlanması növbəti mərhələlərdə digər məktəblərdə də davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi