Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Havar Məmmədovun Bakı Mühəndislik Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sənədə əsasən Havar Əmir oğlu Məmmədov Bakı Mühəndislik Universitetinin rektoru təyin edilib.