Bakı məktəblərində psixoloq olmaq istəyən 210 namizəd vakansiya seçimi edib

Bakı məktəblərində psixoloq olmaq istəyən 210 namizəd vakansiya seçimi edib Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.
Elm və təhsil
29 Mart , 2022 10:35
Bakı məktəblərində psixoloq olmaq istəyən 210 namizəd vakansiya seçimi edib

Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, müsahibə mərhələsini müvəffəqiyyətlə başa vuran 210 namizəd vakansiya seçimi edib.

Namizədlər müsabiqənin vakansiya seçiminin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanacaqlar.

Məktəb psixoloqlarının işə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi