Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi olub

Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi olub Bakı. 27 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilən ali təhsil müəssisələrinin magistraturalarına fevralın 25-də keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrinə əsasən Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Emil Amrahov ölkə birincisi olub.
Elm və təhsil
27 Fevral , 2018 11:00
Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi olub
BANM

Bakı. 27 fevral. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilən ali təhsil müəssisələrinin magistraturalarına fevralın 25-də keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrinə əsasən Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Emil Amrahov ölkə birincisi olub.

 Ali Məktəbdən "Report"a verilən məlumata görə, o, 12387 bakalavr arasında mümkün olan 100 baldan 95 bal toplayaraq birinci mərhələni uğurla başa vurub.

“İmtahan nəticələrinin elan olunduğu gün xoş bir təsadüf oldu. Ad günümdə bütün ölkə üzrə ən yüksək bal topladığını bilmək mənə ikiqat sevinc gətirdi. Ən böyük hədiyyəni elə özüm özümə etdim”- deyə Emil Amrahov bildirib.

Qeyd edək ki, Emil Amrahov BANM-ın “Neft-qaz mühəndisliyi” ixtisasının beşinci kurs tələbəsidir və o Ali Məktəbə 664 balla daxil olub. 

Son xəbərlər

Orphus sistemi