Bağçada işləmək istəyən müəllimlər psixoloji testə cəlb olunacaq
Elm və təhsil
- 10 oktyabr, 2022
- 06:45
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu zamanı namizədlər müsahibədən əvvəl psixoloji testə cəlb olunacaqlar.
Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, işə qəbul üzrə müsabiqə üçün minimum keçid balı 35 müəyyənləşdirilib. Minimum tələbi ödəyən bütün namizədlər müsahibə mərhələsində iştirak edəcəklər.
Namizədlər müsahibədən əvvəl psixoloji testə cəlb olunacaqlar. Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.
Qeyd edək ki, test imtahanı və müsahibə nəticəsi nəzərə alınaraq, namizədlərin vakant yerlərə yerləşdirilməsi həyata keçiriləcək.
Son xəbərlər
13:26
Dövlət əmlakının özəl əmlakla dəyişdirilməsinə imkan yaradılması I oxunuşda təsdiqlənib
Biznes13:26
Livan prezidenti və ordu komandanı ölkənin cənubuna qoşunların yerləşdirilməsini müzakirə ediblər
Digər ölkələr13:24
Deputat: "Torpaq parçalanması kənd təsərrüfatının inkişafını ləngidir"
ASK13:22
Deputat: "Torpaqların birləşməsi ilə ərzaq bolluğuna nail olunacaq"
ASK13:17
Azərbaycan cəlb edilmiş suveren maliyyələşdirmənin həcminə görə Avrasiya regionunun TOP-5-ə daxil olub
Maliyyə13:17
Aqrar təyinatlı torpaqların konsolidasiyası üçün hüquqi baza yaradılması I oxunuşda təsdiq edilib
ASK13:07
Azərbaycan boksçuları Almaniyada beynəlxalq turnirdə iştirak edəcəklər
Fərdi13:00
Əmlak üzərinə həbs qoyulması ilə bağlı qərarların mübahisələndirilməsi qaydası təsdiqlənib
Daxili siyasət12:59