Bakı. 29 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın İnsan Resursları Nazirliyi arasında 2018–2020-ci illər üzrə İş Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, Təhsil Nazirliyinə sərəncamda göstərilən İş Proqramının müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.