Azərbaycanda müəllimlər peşə bayramını qeyd edir

Azərbaycanda müəllimlər peşə bayramını qeyd edir Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməkdir
Elm və təhsil
189
5 Oktyabr , 2015 09:29
Azərbaycanda müəllimlər peşə bayramını qeyd edir

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda müəllimlər peşə bayramını qeyd edir. "Report" xatırladır ki, 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında"adlı ilk beynəlxalq sənəd imzalanıb.

1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməkdir.

Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir.

Müstəqil Azərbaycanda isə ilk dəfə 1993-cü il oktyabrın 5-də "Müəllimlər günü" qeyd olunub.