"Məktəblərin mühafizəsi dövlət tərəfindən qorunacaq".
"Report" xəbər verir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" qanunla bağlı çıxışında qeyd edib.
O qeyd edib ki, qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mühafizə xidməti təşkil ediləcək.