Təhsil Nazirliyi: Azərbaycanda diplomları tanınan ölkə universitetlərinin yayılan siyahısı yanlışdır

Təhsil Nazirliyi: Azərbaycanda diplomları tanınan ölkə universitetlərinin yayılan siyahısı yanlışdır Cəsarət Valehov: "Nazirliyin saytında ölkə ərazisində tanınan ali təhsil müəssisələrinin siyahısı var"
Elm və təhsil
16 May , 2017 14:09
Təhsil Nazirliyi: Azərbaycanda diplomları tanınan ölkə universitetlərinin yayılan siyahısı yanlışdır

Bakı. 16 may. REPORT.AZ/ Təhsil Nazirliyi bəzi yazılı mətbuatda Azərbaycanda diplomları tanınan ölkə universitetlərinin siyahısı ilə bağlı informasiyalara münasibət bildirib.

“Report”un məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, təqdim olunan siyahı tamamilə yanlışdır.

"Əgər ali təhsil müəssisəsi fəaliyyət göstərməsi üçün bütün zəruri sənədlərə malikdirsə və verdiyi təhsil sənədi fəaliyyət göstərdiyi ölkə tərəfindən tanınırsa, Azərbaycan da həmin təhsil müəssisəsini tanıyır. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəsmi internet səhifəsinə (www.nostrifikasiya.edu.az) daxil olmaqla ENİC-NARİC bölməsindən ölkə ərazisində tanınan ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərsiniz”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi