Azərbaycanda daha 11 şagird koronavirusa yoluxub, 1 məktəb distant təhsilə keçib

Azərbaycanda daha 11 şagird koronavirusa yoluxub, 1 məktəb distant təhsilə keçib Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Elm və təhsil
6 Oktyabr , 2020 19:27
Azərbaycanda daha 11 şagird koronavirusa yoluxub, 1 məktəb distant təhsilə keçib

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən "Report"a bildirilib ki, 8 şagird və 2 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. 

Daha 11 şagird və 3 işçidə koronavirus aşkarlanıb.

Əyani təhsilə keçirilmiş siniflərin sayı 2, distant təhsilə keçmiş siniflərin sayı isə 3-dür.

Daha 1 məktəb də distant təhsilə keçib. 

İndiyə qədər ölkə üzrə iki məktəb, 28 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib. 

Son xəbərlər

Orphus sistemi