Bu il Azərbaycanda sınaq imtahanlarının sayı azaldılacaq

Bu il Azərbaycanda sınaq imtahanlarının sayı azaldılacaq Məleykə Abbaszadə: "Bu il sınaq imtahanlarının sayı nəzərdə tutulandan az olacaq"
Elm və təhsil
7 Mart , 2017 14:51
Bu il Azərbaycanda sınaq imtahanlarının sayı azaldılacaq
report.az

Bakı. 7 mart. REPORT.AZ/ "Bu il Azərbaycanda sınaq imtahanlarının sayı nəzərdə tutulandan az olacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

O bildirib ki, hazırda sınaq imtahanları ilə bağlı araşdırma aparılır: "Sınaq imtahanlarında iştirak qiyməti və cədvəli yaxın günlərdə elan ediləcək. Ötən aylarda fəaliyyət göstərə bilmədiyimiz üçün sınaq imtahanlarının cədvəli çox sıx olacaq. Nəzərdə tutduğumuz kimi çox deyil, 1-2 sınaq imtahanı keçiriləcək".

M.Abbaszadə onu da qeyd edib ki, mart ayının 5-də keçirilən buraxılış imtahanında 6 nəfər telefonla tutulub: "Həmin şəxslərin nəticələri ləğv edilib. Onlar 0 balla ikinci mərhələyə buraxılacaqlar".

Son xəbərlər

Orphus sistemi