Prezident
"Report"un məlumatına görə, Sərəncam arxiv sənədlərinin etibarlı mühafizəsi və geniş istifadəsinin təmin edilməsi, arxiv işi sahəsində normativ hüquqi bazanın və idarəetmənin təkmilləşdirilməsi, arxiv xidməti təşkilatlarının müasir texnoloji tərəqqinin nailiyyətləri tətbiq olunmaqla dövrün tələblərinə uyğun modernləşdirilməsi məqsədilə imzalanıb.
Dövlət Proqramında ümumi müddəalar, proqramın məqsədi, əsas istiqamətləri, maliyyə təminatı, gözlənilən nəticələr kimi müddəalar, həmçinin onun həyata keçirilməsi üzrə tədbirlər planı öz əksini tapıb.