Azərbaycanda 23 ailədə həm valideyn, həm də övladına təhsil krediti verilib

Azərbaycanda 23 ailədə həm valideyn, həm də övladına təhsil krediti verilib Azərbaycanda 23 ailədə həm valideyn, həm də övladına təhsil krediti verilib.
Elm və təhsil
20 Dekabr , 2024 11:10
Azərbaycanda 23 ailədə həm valideyn, həm də övladına təhsil krediti verilib
Bəhruz Əzimov

Azərbaycanda 23 ailədə həm valideyn, həm də övladına təhsil krediti verilib.

"Report" xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə heyətin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov fondun 3 illik fəaliyyətinə dair brifinqdə deyib.

Onun sözlərinə görə, bütün bölgələrdən müraciətlər olur: "Ən ucqar rayondan belə təhsil kreditlərinə müraciət var".

B.Əzimov əlavə edib ki, 23 ailədə valideyn və övladlar da daxil olmaqla, ümumilikdə 69 nəfərin, 1 069 ailədə isə 2 nəfərin, yekun olaraq 2 min 318 nəfər tələbə adı qazanaraq təhsil krediti götürüb.

Son xəbərlər

Orphus sistemi