Bu ilin noyabr ayındakı vəziyyətə görə, Azərbaycan "Web of Science" indeksi ilə dərc olunan yazıların sayı və son illər ərzində bu sayın artımı baxımından
“Report” xəbər verir ki, "Web of Science" data bazasında Azərbaycandan 1392, Ermənistandan 1119, Gürcüstandan 999 elmi tədqiqat yerləşdirilib.
Qeyd edək ki, bu ilə dair məlumatların tam həcmdə gələn ilin birinci yarısında toplanacağı üçün bu rəqəmlərin artacağı istisna deyil.
Təhsil Nazirliyi ilə dünyada əsas analitik məlumatlar mənbəyi olan “Clarivate Analytics” (vaxtilə “Thomson Reuters”) arasında 2015-ci ildə imzalanmış saziş çərçivəsində ölkənin 40-dək ali məktəbi Web of Science platformu ilə çalışmaq imkanı qazanıb. 2018-ci ilin dekabrın 5-də Bakıda keçirilən xüsusi tədbir zamanı isə Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında 2019-2021-ci illər üçün əməkdaşlıq sazişi imzalanıb. Həmin sənəd həm də İnCites platformuna daxil olmaq imkanı yaradır. Bu da ölkədə elmi fəaliyyətləri qiymətləndirmək üçün zəmin yaradır.
Emiliya Abbasova