Noyabrın 28-29-da Bakıda Azərbaycan və
"Report" xəbər verir ki, müzakirələrdə Azərbaycan tərəfdən Təhsil Nazirliyinin yüksək vəzifəli nümayəndələri, Aİ-dən nümayəndə heyətinin rəhbəri, səfir Kestutis Yankauskas iştirak edəcək.
Azərbaycanda "Aİ Təhsilə Dəstək Proqramı"nın nəticələrinin müzakirəsi çərçivəsində müvafiq tövsiyələr təqdim ediləcək.
Avropa İttifaqının 2014-cü il üzrə Azərbaycan üçün illik fəaliyyət proqramına (AAP 2014) təhsil və təlim sahalərinə, təqribən, 19 milyon avro məbləğində dəstək daxildir. Buraya peşə təhsili və təlim sahəsində islahatların aparılması, Milli Kvalifikasiyalar Çərçivəsinin hazırlanması və həyata keçirilməsi, habelə Qəbələ, İsmayıllı, Qax, Gəncə, Cəlilabad və Bərdədəki çoxfunksiyalı tədris mərkəzlərinin modernləşdirilməsi üçün qrant sxemləri daxildir.