ATU-nun kafedra müdiri vəfat edib

ATU-nun kafedra müdiri vəfat edib Bu gün Azərbaycan Tibb Universitetinin 85 yaşlı kafedra müdiri Kamal Kəbirlinski vəfat edib
Elm və təhsil
12 Fevral , 2021 00:42
ATU-nun kafedra müdiri vəfat edib
Kamal Kəbirlinski

Azərbaycan Tibb Universitetinin (ATU) Bədən tərbiyəsi və idman kafedrasının müdiri (Təbib idman klubu), professor Kamal Əkbər oğlu Kəbirlinski dünyasını dəyişib.

Azərbaycan Tibb Universitetindən "Report"a verilən məlumata görə, o, 85 yaşında vəfat edib.

Professor Kamal Kəbirlinski 1969-cu ildən ATU-nun Bədən Tərbiyəsi və İdman Kafedrasına rəhbərlik edib. O, yüzlərlə elmi-məqalələrin, tezislərin, monoqrafiyaların, dərslik vəsaitlərinin müəllifi olub.

Prezident təqaüdçüsü Kamal Kəbirlinski "Tərəqqi" medalına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi