“Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru vəfat edib

Elm və təhsil
  • 12 aprel, 2019
  • 12:29
“Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru vəfat edib

“Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru, əməkdar jurnalist Yusif Əliyev dünyasını dəyişib. 

"Report"un xəbərinə görə, o, bu gün 68 yaşında ürək çatışmazlığından özəl xəstəxanalardan birində dünyasını dəyişib.

Qeyd edək ki, “Azərbaycan müəllimi” qəzeti Təhsil Nazirliyinin orqanıdır.

Allah rəhmət eləsin!