Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) iki əməkdaşı vəfat edib.
“Report”un məlumatına görə, pedaqoji elmlər namizədi, ADPU-nun Fizikanın tədrisi metodikası kafedrasının dosenti Fikrət Rəştiyev dünyasını dəyişib.
Bundan başqa, keçmiş Azərbaycan Müəllimlər İnstitutu, indiki ADPU-nun əməkdaşı, pedaqogika üzrə fəlsəfə doktoru Sirac Rəsulov da vəfat edib.