"Bu il Azərbaycan dili - Dövlət dili imtahanın formatında dinləyib-anlama bacarığını nəzərdə tutsaq da, daha qısa imtahan keçirdik".
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, gələn il üçün isə buraxılış imtahanında xarici dildən danışma qabilliyyətinin yoxlanılması nəzərdə tutulub: "Hələlik biz bunu həyata keçirə bilməyəcəyik. Bunun üçün texniki və maliyyə vəsaiti tələb olunur. Bilirsiniz ki, indiki halda vəziyyət çətindir. Bu istiqamətdə təkmilləşdirmə gedəcək. Buna cəmiyyət də hazır olmalıdır".
M.Abbaszadə qeyd edib ki, hazırda təlim-tədris prosesində də müəyyən müsbət dəyişikliklər var: "Vəziyyətin dəyərləndirilməsi üçün monitorinq imtahanlarının keçirilməsi vacibdir. Təəssüf ki, bu il pandemiya ilə əlaqədar 5-6-7-8- ci siniflərdə də monitorinq imtahanları keçirə bilmədik".