Aprelin 7-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər
Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.
Buraxılış vərəqəsini çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.