AMEA-ya yeni birinci vitse-prezident təyin olunub

AMEA-ya yeni birinci vitse-prezident təyin olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni birinci vitse-prezidenti və akademik-katibi vəzifələrini icra edən şəxs məlum olub.
Elm və təhsil
5 Noyabr , 2021 22:28
AMEA-ya yeni birinci vitse-prezident təyin olunub
0 : 00
0 : 00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni birinci vitse-prezidenti vəzifəsini icra edən şəxs məlum olub.

"Report" xəbər verir ki, bununla bağlı akademiyanın Rəyasət Heyətinin növbəti iclasında qərar verilib.

Belə ki, iclasda AMEA-nın akademik-katibi Arif Həşimovun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti vəzifəsinə namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra akademik Arif Həşimovun AMEA-nın birinci vitse-prezidenti vəzifəsinə namizədliyi yekdilliklə dəstəklənib.

Beləliklə, Akademiyanın növbəti Ümumi yığıncağına qədər akademik Arif Həşimovun həm AMEA-nın birinci vitse-prezidenti və həm də akademik-katib vəzifələrini yerinə yetirməsi qərara alınıb.

Akademik Arif Həşimov çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi