AMEA prezidenti: "Azərbaycanda muğamı ingilis dilində tədqiq edənlər yoxdur"

Elm və təhsil
  • 07 fevral, 2018
  • 13:06
AMEA prezidenti: Azərbaycanda muğamı ingilis dilində tədqiq edənlər yoxdur
Akif Əlizadə
Report/ Firi Salim

Bakı. 7 fevral. REPORT.AZ/ "Bu gün Azərbaycana çox sayda ingilis dilli muğam tədqiq edən alimlər gəlsə də, bizim mütəxəssislər dil probleminə görə onlarla ünsiyyət yarada bilmirlər".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bugünkü iclasında çıxışı zamanı deyib.

AMEA-nın prezidenti qeyd edib ki, ölkədə ingilis dilində muğam tədqiq edənlər yoxdur: "Ona görə də Akademiyaya magistr qəbulu zamanı bu məsələ mütləq nəzərə alınmalıdır".

A.Əlizadə əlavə edib ki, xarici dil biliyi mütləq lazımdır.