AMEA-nın Ümumi yığıncağı keçiriləcək

AMEA-nın Ümumi yığıncağı keçiriləcək Fevral ayının 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağının keçirilməsi nəzərdə tutulub.
Elm və təhsil
17 Fevral , 2022 17:31
AMEA-nın Ümumi yığıncağı keçiriləcək

Fevral ayının 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağının keçirilməsi nəzərdə tutulub.

Akademiya Rəyasət Heyətinin Mətbuat xidmətinin rəhbəri Azadə Babayeva “Report”a bildirib ki, hazırda yığıncaqda iştirak edəcək şəxslərin sayı dəqiqləşdirilir.

O qeyd edib ki, yekun saydan asılı olaraq Ümumi yığıncağın keçirilib-keçirilməsi ilə bağlı qərar veriləcək. Bundan sonra iclasın gündəliyi məlum olacaq.

Xatırladaq ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev fevralın 14-də istefa verəcəyini açıqlayıb. O, istefa ərizəsi yazıb.

Son xəbərlər

Orphus sistemi