AMEA-nın əməkdaşları Xaçmazda ekspedisiyada olublar

Elm və təhsil
  • 01 avqust, 2017
  • 16:03
AMEA-nın əməkdaşları Xaçmazda ekspedisiyada olublar
Report

Bakı. 1 avqust. REPORT.AZ/ Zooloqlar ağcaqanadlara qarşı bioloji mübarizə metodlarının tapılması məqsədilə Xaçmazda tədqiqat aparıblar.

AMEA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, AMEA Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşları Xaçmaz rayonu ərazisində ekspedisiyada olublar.

Zooloqlar “Abşeron və Xəzərin şimal-şərq sahillərində qansoran ağcaqanadların mikrosporidilərinin öyrənilməsi və bioloji mübarizədə onlardan istifadə edilməsi” tədqiqat işi ilə əlaqədar ərazidə yerləşən su hövzələrindən material toplayıblar.

Qeyd edək ki, qansoran ağcaqanadlar insanlarda və kənd təsərrüfatı heyvanlarında bir çox infeksion və invazion xəstəliklərini yayırlar. Belə ki, tədqiqatların aparılmasında məqsəd ağcaqanadlara qarşı bioloji mübarizə metodlarının tapılması və tətbiqi olub.

44 - Tezliklə