AMEA Genetik Ehtiyatlar İnstitutunda yeni şöbə yaradılıb - FOTO

Elm və təhsil
  • 02 sentyabr, 2016
  • 12:23
AMEA Genetik Ehtiyatlar İnstitutunda yeni şöbə yaradılıb - FOTO

Bakı. 2 sentyabr. REPORT.AZ/ AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda “İctimaiyyətlə əlaqələr” şöbəsi yaradılıb.

İnstitutdan “Report”a verilən məlumata görə, qurumda fəaliyyət göstərən “İnternet və multimedia qrupu”, o cümlədən Muzey həmin şöbənin tərkibinə keçirilib.

Yeni yaradılan şöbə İnstitutda müxtəlif sahələr üzrə aparılan elmi tədqiqat işləri və əldə olunan nailiyyətlər, elmi-texniki tərəqqinin yenilikləri barədə ictimaiyyətin mütəmadi və ətraflı məlumatlandırılmasına xidmət edəcək.

Şöbəyə rəhbərlik biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədova həvalə edilib.