AMEA-da yeni təyinatlar olub

AMEA-da yeni təyinatlar olub Müvafiq qərarlar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib
Elm və təhsil
16 Aprel , 2015 10:23
AMEA-da yeni təyinatlar olub

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və kadrlar idarəsinə yeni təyinatlar olub. Bu barədə "Report"a AMEA-dan xəbər verilib.

Belə ki, Aygün Arifli AMEA Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin Qanunvericilik təminatı şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Digər bir qərarla Rzaqulu Hacıyev AMEA Rəyasət Heyəti Aparatının Hüquq və kadrlar idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Bundan başqa, AMEA Rəyasət Heyətinin iclasında fizika üzrə elmlər doktoru Oqtay Qasımovun AMEA-nın Fizika İnstitutunun nəzdində Biofizika və Smart materiallar Mərkəzinin rəhbəri təyin edilməsi haqqında da qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi