AMEA-da iki yeni mərkəz yaradıldı

Elm və təhsil
  • 10 iyun, 2020
  • 18:08
AMEA-da iki yeni mərkəz yaradıldı
AMEA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2019-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş onlayn ümumi yığıncağı keçirilib.

"Report" xəbər verir ki, iclasda bir sıra elmi-təşkilati məsələlərə də baxılıb.

İclasda AMEA Rəyasət Heyətinin nəzdində Sərbəst Elektron Resurslar Mərkəzinin yaradılması, akademiyanın Fəlsəfə İnstitutunun adının dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılması, AMEA-nın Quba Regional Elmi Mərkəzinin yaradılması ilə əlaqədar məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.