Ali təhsildə tədqiqat, ixtira və innovasiyalar üçün dəstək mexanizmi hazırlanacaq

Ali təhsildə tədqiqat, ixtira və innovasiyalar üçün dəstək mexanizmi hazırlanacaq Bakı. 1 mart. REPORT.AZ/ Ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyalar üçün milli koordinasiya modelinin təklif olunması məqsədilə biri maliyyə mexanizmi olmaqla üç dəstək mexanizmi hazırlanacaq.
Elm və təhsil
1 Mart , 2019 11:48
Ali təhsildə tədqiqat, ixtira və innovasiyalar üçün dəstək mexanizmi hazırlanacaq
Təhsil nazirinin müavini Firudin Qurbanov / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 1 mart. REPORT.AZ/ "Ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyalar üçün milli koordinasiya modelinin təklif olunması məqsədilə biri maliyyə mexanizmi olmaqla üç dəstək mexanizmi hazırlanacaq".

"Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" adlı layihənin təqdimatında deyib.

Nazir müavini bildirib ki, həmin mexanizmlərdən biri pilot olaraq həyata keçiriləcək.

O vurğulayıb ki, ali təhsil müəssisələrində tədqiqat və ixtira fəaliyyətinin genişləndirilməsi üçün həvəsləndirici mexanizmlər, “Açıq İnnovasiya” konsepsiyasının hazırlanması planlaşdırılır: "Bu, mövcud tədqiqat və ixtira imkanlarından daha yaxşı istifadə edilməsinə və yeni investisiyaların stimullaşdırmasına imkan yaradacaq". 

Son xəbərlər

Orphus sistemi