Ali Attestasiya Komissiyasının sədrinin səlahiyyətlərini icra edən şəxsin adı açıqlanıb

Ali Attestasiya Komissiyasının sədrinin səlahiyyətlərini icra edən şəxsin adı açıqlanıb Hələlik sədr vəzifəsinə təyinat olmayıb
Elm və təhsil
3614
17 Yanvar , 2017 16:48
Ali Attestasiya Komissiyasının sədrinin səlahiyyətlərini icra edən şəxsin adı açıqlanıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədrinin səlahiyyətlərini sədr müavini Vəli Hüseynov icra edir.

Komissiyadan “Report”a verilən məlumatına görə, hələlik sədr vəzifəsinə təyinat olmayıb.

Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü V.Hüseynov 2010-cu ildə Komissiyanın sədr müavini vəzifəsinə təyin olunub.

Xatırladaq ki, komissiyanın əvvəlki sədri Azərbaycanın görkəmli alimi, akademik Arif Şəfaət oğlu Mehdiyev keçən il dekabrın 19-da 82 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi