Azərbaycan vətəndaşlarının bir hissəsi xarici ölkələrdə akkreditasiyadan keçməyən və müvafiq dövlət lisenziyası olmayan ali məktəblərdə təhsil alır.
"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
Bildirilib ki, normativ tələbləri qarşılamayan həmin ali təhsil müəssisələrinin verdiyi diplom Azərbaycanda tanınmır.