Akif Əlizadə yenidən AMEA prezidenti seçilib - YENİLƏNİB

Akif Əlizadə yenidən AMEA prezidenti seçilib - YENİLƏNİB Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) hazırkı prezidenti, akademik Akif Əlizadə yenidən akademiya prezidenti seçilib.
Elm və təhsil
8 İyun , 2018 14:43
Akif Əlizadə yenidən AMEA prezidenti seçilib - YENİLƏNİB
Akademik Akif Əlizadə / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) hazırkı prezidenti, akademik Akif Əlizadə yenidən akademiya prezidenti seçilib.

"Report" xəbər verir ki, bununla bağlı qərar iyunun 8-də AMEA-nın  ümumi yığıncağında qəbul edilib.

A.Əlizadə bu vəzifəyə yeganə namizəd olub. Səsvermədə 66 nəfər iştirak edib. Onların hamısı A.Əlizadənin lehinə səs verib.


*** 14:27

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında akademiyanın prezidenti seçkisi başlayıb. 

"Report" xəbər verir ki, bu vəzifəyə akademiyanın hazırki prezidenti, akademik Akif Əlizadənin namizədliyi irəli sürülüb.

Toplantıda prezident vəzifəsinə namizəd kimi A.Əlizadənin adının gizli səsvermə büllüteninə daxil edilməsi barədə qərar qəbul olunub.

Qeyd edək ki, AMEA prezidenti akademiyanın həqiqi üzvləri tərəfindən seçiləcək.

Son xəbərlər

Orphus sistemi