Ağdaşda daha 4 məktəb koronavirusa görə bağlanıb

Ağdaşda daha 4 məktəb koronavirusa görə bağlanıb Ağdaşda daha dörd orta məktəb distant təhsilə cəlb olunub
Elm və təhsil
12 Aprel , 2021 13:58
Ağdaşda daha 4 məktəb koronavirusa görə bağlanıb

Ağdaşda daha dörd orta məktəb distant təhsilə cəlb olunub.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Aşağı Nemətabad, Orta Ləki, Qəsl və Qülbəndə kənd tam orta məktəblərinin hər birində 1 müəllimdə COVİD-19 testinin cavabı pozitiv çıxıb.

Bu səbəbdən Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dərs prosesi distant təhsilə keçirilməsinə qərar verilib. Məktəb rəhbəliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib. Hazırda adı çəkilən məktəblərdə dərslər distant şəkildə davam etdirilir.

Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hər dörd məktəbin girişi və daxilində bütün otaqlar, idman zalları dezinfeksiya edilir.

Qeyd edək ki, 2020-2021 ci tədris ili üzrə rayonun təhsil müəssisələrində 45 şagird və 20 müəllim COVİD-19 infeksiyasına yoluxub.

Son xəbərlər

Orphus sistemi