ADU-un Filologiya və jurnalistika fakültəsinin dekan vəzifəsini icra edən şəxs məlum olub

ADU-un Filologiya və jurnalistika fakültəsinin dekan vəzifəsini icra edən şəxs məlum olub Bakı. 13 fevral. REPORT.AZ/ Аzərbаycаn Dillər Univеrsitеtinin (ADU) Filologiya və jurnalistika fakültəsinin dekan vəzifəsini filologiya üzrə fəlsəfə doktoru Aygün Yusifova icra edir.
Elm və təhsil
13 Fevral , 2019 11:34
ADU-un Filologiya və jurnalistika fakültəsinin dekan vəzifəsini icra edən şəxs məlum olub
0 : 00
0 : 00

Bakı. 13 fevral. REPORT.AZ/ Аzərbаycаn Dillər Univеrsitеtinin (ADU) Filologiya və jurnalistika fakültəsinin dekan vəzifəsini filologiya üzrə fəlsəfə doktoru Aygün Yusifova icra edir.

Bunu “Report”a açıqlamasında ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ağa Cəfərli deyib. 

O bildirib ki, dekan vəzifəsinin müvəqqəti icrası Beynəlxalq münasibətlər və idarəetmə fakültəsi nəzdində Xarici dillər kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aygün Yusifovaya həvalə olunub.

Qeyd edək ki, ADU-nun Filologiya və jurnalistika fakültəsinin dekanı vəzifəsini tutmaq üçün müsabiqə elan edilib. 

Xatırladaq ki, fakültənin dekanı Vüsalə Ağabəyli bir neçə gün bundan öncə işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad olunub.

Səid Qərib

Son xəbərlər

Orphus sistemi