Yağmurlu hava şəraiti davam edəcək

Yağmurlu hava şəraiti davam edəcək Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək
Ekologiya
28 Sentyabr , 2017 13:00
Yağmurlu hava şəraiti davam edəcək

Bakı. 28 sentyabr. REPORT.AZ/ Sabah, sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-15° isti, gündüz 17-21° isti, Bakıda gecə 12-14°, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 85-95 %, gündüz 50-55 % olacaq. 

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 10-15°, gündüz 17-22° isti, dağlarda gecə 3-6°, gündüz 7-12° isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi