Yuxarı

Yağış Bakıda problemlərə səbəb olub - FOTO

Gecə saatlarından Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağır

Bakı. 29 mart. REPORT.AZ/ Gecə saatlarından Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağır. Bəzi yerlərdə intensiv yağıntı hazırda davam edir.

"Report"un xəbərinə görə, yağış Bakıda bir sıra fəsadlara səbəb olub. O cümlədən, paytaxtın yollarında iri gölməçələr yaranıb. Bu isə yollarda böyük tıxaclarla nəticələnib.

Bakıda müəyyən avtomobil yollarında maksimal hərəkət sürəti isə aşağı salınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən (MHD) "Report"a verilən məlumata görə, qeyri-sabit hava şəraiti sabah da davam edəcək. Bakıda və Abşeron yarımadasında martın 29-30-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında martın 29-30-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi