Umayra Tağıyeva: "ETSN plastik tullantıların yığılması üçün konteynerlər sifariş verib"

Umayra Tağıyeva: "ETSN plastik tullantıların yığılması üçün konteynerlər sifariş verib" Bakı. 8 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik tullantıların yığılması üçün konteynerlər sifariş verib.
Ekologiya
8 İyun , 2018 11:14
Umayra Tağıyeva: ETSN plastik tullantıların yığılması üçün konteynerlər sifariş verib
Report
0 : 00
0 : 00

Bakı. 8 iyun. REPORT.AZ/ "Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik tullantıların yığılması üçün konteynerlər sifariş verib".

"Report" xəbər verir ki, bunu mətbuat konfransında ETSN-in ­Ekoloji maarifləndirm­ə və ictimaiyyətlə əl­aqələr şöbəsinin İcti­mai təşkilatlarla iş,­ ekoloji maarifləndir­mə və elm sektorunun ­müdiri Umayra Tağıyev­a deyib.

Onun sözlərinə görə, artıq Bakı, Sumqayıt, Gəncə şəhər icra hakimiyyətlərinə xüsusi konteynerlərin yerləşdirilməsi üçün məktublar göndərilib.

U.Tağıyeva bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik tullantıların idarə olunması və maarifləndirmə işlərinə başlayıb: "Plastik qabların zərərinin qarşısını almaq üçün vətəndaşların özləri də səy göstərməlidir. Məsələn, mağazalardan alış-veriş edərkən karton və şüşə qablaşdırmada olan məhsullar alaraq plastik tullantıların zərərindən özümüzü qoruya bilərik. Bununla bağlı müəyyən problemlər isə dövlət tərəfindən öz həllini tapmalıdır".

Son xəbərlər

Orphus sistemi