Təbiət Tarixi Muzeyinin direktoru: "Azərbaycanda yırtıcıların sayı azalır"

Təbiət Tarixi Muzeyinin direktoru: "Azərbaycanda yırtıcıların sayı azalır" "Heyvanların azalmasının ilk səbəbi insan faktorudur"
Ekologiya
12 Sentyabr , 2015 15:28
Təbiət Tarixi Muzeyinin direktoru: Azərbaycanda yırtıcıların sayı azalır

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Son illərdə Azərbaycanda yırtıcıların sayı azalır". Bunu "Report"a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov bildirib.

Onun sözlərinə görə, yırtıcıların azalması prosesi Azərbaycanın bütün ərazisində gedir: "Əvvəllər Azərbaycanda şirlər, pələnglər, bəbirlər var idi, son dövrlərdə demək olar ki, yoxa çıxır".

T.Eybatov bildirib ki, Azərbaycanda kaftarların sayı da xeyli azalıb və azalmaqda davam edir: "Heyvanların azalmasının nəticəsidir ki, son dövrdə ölkəyə başqa dövlətlərdən heyvanlar gətirilir. Ceyranların da çoxu gətirilmədir".

Muzey direktoru yırtıcı heyvanların sayının azalmasına bir çox amillərin təsir etdiyini bildirib. O qeyd edib ki, heyvanların azalmasının ilk səbəbi insan faktorudur: "İnsanlar şəxsi mənafeləri səbəbindən bütün torpaqları zəbt edir, meşələri qırır və ekoloji tarazlıq pozulur. Bu səbəbdən də heyvanlar qidalana bilmir, ölür. Sağ olanlar da aclıqdan yaşayış yerlərinə hücum edir".

Son xəbərlər

Orphus sistemi