Sumqayıtda ağacların köçürülməsinin səbəbləri açıqlandı

Sumqayıtda ağacların köçürülməsinin səbəbləri açıqlandı Sumqayıt şəhərində koronavirusla mübarizə məqsədi ilə zəruri tədbirlər həyata keçirilir.
Ekologiya
6 Aprel , 2020 15:22
Sumqayıtda ağacların köçürülməsinin səbəbləri açıqlandı

Sumqayıt şəhərində koronavirusla mübarizə məqsədi ilə zəruri tədbirlər həyata keçirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən "Report"a bildirilib ki, Sumqayıt şəhər 1 nömrəli xəstəxananın ərazisində əhaliyə tibbi xidmətlərin göstərilməsi, koronavirusla mübarizə məqsədi ilə mobil səyyar hospital quraşdırılır.

Bu məqsədlə dövlət sifarişi ilə 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının ərazisində müvafiq yer ayrılıb. Layihənin mühüm əhəmiyyəti nəzərə alınaraq ərazidəki tikinti altına düşən ağaclarlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirlik layihənin mühüm dövlət əhəmiyyətini və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyini nəzərə alaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə boş ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verib.

Ərazidəki bir neçə ağac budanaraq xəstəxananın həyətindəki boş əraziyə köçürülüb. Eyni zamanda ərazidəki boş sahədə 500 ağacın əkilməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq verilib. Artıq ağacların əkilməsinə başlanılıb.

Son xəbərlər

Orphus sistemi