Su hövzələri qadağan olunmuş vasitələrdən təmizlənib

Su hövzələri qadağan olunmuş vasitələrdən təmizlənib Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin sututarlarında, o cümlədən Kür çayı, Mingəçevir və Şəmkir su anbarları, Şirvan kanalı, Mil-Muğan kollektoru və Xəzərsahili akvatoriyada genişmiqyaslı nəzarət tədbirləri həyata keçirilib.
Ekologiya
21 Aprel , 2020 10:40
Su hövzələri qadağan olunmuş vasitələrdən təmizlənib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin sututarlarında, o cümlədən Kür çayı, Mingəçevir və Şəmkir su anbarları, Şirvan kanalı, Mil-Muğan kollektoru və Xəzərsahili akvatoriyada genişmiqyaslı nəzarət tədbirləri həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, reydlər nəticəsində istifadəsi qadağan edilən 5 873 metr uzunluğunda sintetik tor, 2 182 ədəd qadağan olunmuş müxtəlif ov aləti və 4 qayıq aşkar edilib.

Faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılıb və təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Qeyd edək ki, balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna 3 aylıq moratorium elan edilib.

Son xəbərlər

Orphus sistemi