Yuxarı

Seysmoloji Xidmət Mərkəzi sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçib

Seysmoloji Xidmət Mərkəzi sürüşmə zonasında gücləndirilmiş iş rejiminə keçib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakı şəhərinin Səbail rayonu ərazisində, Badamdar-20-ci sahə yolundakı sürüşmə təhlükəsinin artması ilə bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) həmin ərazidə tədqiqat işlərini genişləndirib. 

AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən "Report"a verilən xəbərə görə, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişlinin göstərişi ilə mərkəzin çöl ekspedisiyasında olan ayrı-ayrı şöbələrin əməkdaşları Bakı şəhərinə geri çağırılaraq sürüşmə ərazisində aparılan tədqiqat işlərinə cəlb olunublar.

Hazırda Mərkəz əməkdaşları ərazidə gücləndirilmiş iş rejimində işləyirlər.

Xatırladaq ki, oktyabrın 11-dən başlayaraq Mərkəz tərəfindən sürüşmə ərazisində bir neçə istiqamətdə kompleks tədqiqatlar aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi