Şənbə günü Bakıda güclü şimal-qərb küləyi əsəcək

Şənbə günü Bakıda güclü şimal-qərb küləyi əsəcək Paytaxtda yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir
Ekologiya
10 Aprel , 2015 12:46
Şənbə günü Bakıda güclü şimal-qərb küləyi əsəcək

Bakı. 10 aprel. REPORT.AZ/ Həftənin şənbə gününə Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova "Report"a bildirib ki, aprelin 11-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq.

Aprelin 11-də Azərbaycan rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-7, gündüz 8-13 isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi