Şənbə günü Bakıda 20, rayonlarda isə 24 dərəcəyədək isti olacaq

Şənbə günü Bakıda 20, rayonlarda isə 24 dərəcəyədək isti olacaq Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya
1 Aprel , 2016 11:38
Şənbə günü Bakıda 20, rayonlarda isə 24 dərəcəyədək isti olacaq

Bakı. 1 aprel. REPORT.AZ/ Şənbə günü, aprelin 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, paytaxtda mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 15-20, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlədə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 12-17 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi